METBUAT.AZ

Dünya

​Pakistan İrana xəbərdarlıq etdi:

26 Yanvar 2024 16:21

Pakistan İrana xəbərdarlıq etdi: Cavab veriləcək “Siz bizə xəncər vura bilməzsiniz, əgər buna cəhd göstərsəniz, gecikmədən lazımi cavabı alacaqsınız”.

Metbuat.az xəbnər verir ki, bu sözləri Pakistan ordusunun qərargah rəisi general Asim Munir deyib. O, İranın Pakistan ərazisinə raket hücumlarına işarə edərək buna layiqli cavab verildiyini söyləyib: "Heç kimə Pakistanın ərazi bütövlüyü və suverenliyini pozmaq icazəsi verilməyəcək".

Qeyd edək ki, yanvarın 16-da SEPAH Pakistan ərazisində terrorçu qruplaşma sayılan "Ceyş əl-Ədl"in bazasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub.

Buna cavab olaraq bir gün sonra Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. Nəticədə 12 nəfər həlak olub.


metbuat.az.