METBUAT.AZ

Gündəm

Partlayışda yaralananların 4-nün vəziyyəti

16 Yanvar 2024 10:24

Bakının Binəqədi rayonunda sexdə baş verən partlayış nəticəsində xəsarət alanlardan dördünün vəziyyəti ağırdır.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumatda qeyd olunub ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir. Hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabildir. Digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.


metbuat.az.