9 Yanvar 2024 14:28
Respublika Perinatal Mərkəzdən 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş Yeni Klinikaya təxliyə edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Yeni Klinikanın Pediatiriya şöbəsinin müdiri uzman həkim Əkbər Quliyev deyib.
O qeyd edib ki, təxliyə edilən andan təyinatlı heyət səfərbər olunub, müdaxilələr edilib.
"Xəstələrin vəziyyəti normaldır. Onların perinatal mərkəzdəki həkimləri ilə koordinasiyalı iş qurulub", - deyə əlavə edilib.
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.