8 Yanvar 2024 11:28
Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürülənlərin sayı 17 nəfərdir. onlardan 7 nəfər tələb olunan sənədləri artıq MSK-ya təqdim edib.
Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistkərə açıqlamasında deyib.
O qeyd edib ki, onlardan 3 nəfərin artıq namizdəliyi təsdiqlənib.
"4 nəfərin sənədlərinə isə MSK-nın qarşıdakı günlərdə keçirilən iclaslarında baxılacaq. Bu sənədlər yoxlanmalıdır və ardıcıllıq var ki, o gözlənilməlidir”,- deyə M.Pənahov əlavə edib.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-də prezident seçkiləri keçiriləcək.