29 Yanvar 2024 16:16
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.
Metbuat.az yeni sədrin dosyesini təqdim edir:
Xanlar Ağalarov bu təyinatadək Mədəniyyət Nazirliyində Aparat rəhbəri kimi fəaliyyət göstərib. Bundan öncə isə Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb. Eyni zamanda, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb.