18 Yanvar 2024 09:14
Qeydə alınmış Prezidentliyə namizədlərin siyahısının dərc edilməsi üçün ayrılan müddət başa çatıb.
Metbuat.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin siyahısının dərcini təmin etməlidir.
Fevralın 7-nə təyin edilmiş Prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.