30 Yanvar 2024 14:47
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan, "Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Metbuat.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
Dövlət ittihamçısı M.Qonşuyevin 3 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, meyxanaçı M.Qonşuyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə hesab edilən metamfetamin aşkarlanıb. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.