METBUAT.AZ

Dünya

Qadın hökumət başçısı yenidən qalib gəldi, tarixi titulunu qorudu

8 Yanvar 2024 15:18

Banqladeşin baş naziri Şeyx Hasinanın lideri olduğu Avami Liqası partiyası parlamentdəki parlamentdəki yerlərin yarıdan çoxunu qazanıb.

Metbuat.az xəbər verir ki, bununla da o, dünyanın ən uzun müddət hakimiyyətdə olan qadın hökumət başçısı titulunu qoruyub saxlayıb. Məlumata görə, Hasinanın Avami Liqası partiyası parlamentdəki 299 yerdən azı 157-ni qazanıb və bu, mütləq çoxluğu təmin edəcək.

Qeyd edək ki, Dəkkədə seçki məntəqələri ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb və müxalifət tərəfdarları ilə polis məmurları arasında toqquşmaların olduğu barədə çox az məlumat var. Banqladeşin baş naziri Şeyx Hasinanın rəqibləri və müxalifət seçkiləri boykot edib.


metbuat.az.