METBUAT.AZ

Sosial

Qadınların pensiya yaşı azaldılacaq? -

16 Yanvar 2024 11:54

Qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə aydınlıq gətirilib.

Metbuat.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

O bildirib ki, əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir.

"Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi yoxdur".


metbuat.az.