23 Yanvar 2024 17:07
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycana qarşı ikili standartlardan yanaşan Avropa Şurasının ikiüzlü komissarı Dünya Miyatoviçi ifşa edib.
Metbuat.az xəbər verir ki, Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu həftə başlayan qış sessiyasında məruzə ilə çıxış edən Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin regiona son səfərinə dair hesabatına Ermənistandan qovulmuş azərbaycanlılar məsələsini qəsdən daxil etməməsinə diqqəti yönəldərək, bu etnik diskriminasiyanın səbəblərinə və öz dürüstlüyü qorumaq üçün bütün etnik qruplara qərəzsiz yanaşmanı necə təmin etdiyinə dair izahat verməyi komissardan tələb edib.
Sual qarşısında aciz qalan Dunya Miyatoviç, özünü təmizə çıxarmaq üçün Ermənistandan qovulan azərbaycanlılara qarşı qərəzi olmadığını bildirmiş və hesabatın guya ümumi xarakter daşıdığını iddia edərək növbəti yalanı danışmışdır. Həqiqət bundan ibarətdir ki, Miyatoviç Ermənistanda Azərbaycandan köçmüş ermənilərlə, Azərbaycanda isə Ermənistandan köçmüş ermənilərlə görüşsə də hesabatını müstəsna olaraq ermənilərə həsr edib və bir kəlmə də olsun azərbaycanlılardan bəhs etməyib.
Bütün bunlar Avropa Şurasının necə miskin durumda olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası başqa olmaqla insan hüquqları mexanimzlərindən mənfur məqsədlər üçün necə sui-istifadə edildiyini bariz şəkildə göstərir.