METBUAT.AZ

İdman

“Qalatasaray” “Bavariya”dan ikinci futbolçunu alır -

16 Yanvar 2024 09:12

“Qalatasaray” klubu “Bavariya"nın U19 komandasında çıxış edən Emirhan Demircanı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, 18 yaşlı futbolçu sol hücumçu, sağ hücumçu və mərkəz hücumçusu kimi oynaya bilir. Bundan əlavə, o hər iki ayağından fəal istifadə edə bilir. Məlumata görə, mövsümün əvvəlində "Bavariya"nın əvəzedici heyətində çıxış edən Eyüp Aydın "Qalatasaray"a transfer olunub. İstedadlı futbolçu transferlərini davam etdirən “Qalatasaray” türk futbolçu Emirhan Demircan üçün də iddialı təklif irəli sürüb. İddialara görə, futbolçu təklifə razılıq verib.

Qeyd edək ki, Emirhan Demircan "Bavariya"da 11 rəsmi matçda iştirak edib. O, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.


metbuat.az.