METBUAT.AZ

İdman

​"Qalatasaray"ın istədiyi Firmino seçimini etdi

7 Yanvar 2024 14:05

"Liverpul"dan ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçən Roberto Firmino yenidən Avropaya qayıda bilər.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, braziliyalı ulduzla Avropanın bir çox klubları, o cümlədən "Qalatasaray" maraqlanır. “Fotomac.com.tr” portalının məlumatına görə, İngiltərə Premyer Liqa komandası “Fulhem”də Firminonun transferi üçün hərəkətə keçib. İddia edilir ki, "Qalatasaray"ın Firmino üçün təklifi iddialı olsa da, Firmino əvvəllər futbol oynadığı , İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.

Qeyd edək ki, Firmino əsas heyətdə yer almadığı üçün "Liverpul"dan ayrılmışdı. Firminonun Səudiyyə Ərəbistanına uyğunlaşa bilmədiyi irəli sürülür.


metbuat.az.