METBUAT.AZ

İdman

"Qalatasaray" “topal” futbolçunu transfer edir

8 Yanvar 2024 09:25

"Qalatasaray" 10 nömrə və cinah forvardı mövqeyində oynaya biləcək futbolçu axtarışlarına başlayıb.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" mərakeşli futbolçu Hakim Ziyeçin oyunundan razı deyil və onu yerinə transfer etmək istəyir. "Transfermarkt"ın məlumatına görə, "Qalatasaray" "Vest Hem"də çıxış edən Pablo Fornalsı transfer etməyə çalışır. Bildirilir ki, İspan futbolçu bu mövsüm keçirdiyi 21 matçda qol vura bilməyib. Buna görə də, baş məşqçi David Moyes futbolçunun klubdan göndərilməsini istəyib.

Məlumata görə, “Qalatasaray” Pablo Fornalsi icarəyə götürməyi planlaşdırır. 27 yaşlı futbolçu ilə İspaniya La Liqasının bir neçə komandası da maraqlanır. 17 milyon avro transfer dəyəri olan Pablo Fornals “Malaqa” və “Villareal”da da çıxış edib. O, 6 dəfə İspaniya millisində çıxış edib.


metbuat.az.