21 Yanvar 2024 23:16
Türkiyə Superliqasında XXI turun oyunları davam edir.
Metbuat.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Trabzonspor"la "Qalatasaray" komandaları arasında olub.
Gərgin keçən matç İstanbul nəhənginin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə Vilfired Zaha açıb. O, 61-ci və 64-cü dəqiqələrdə də fərqlənib. Meydan sahiblərinin heyətində 79-cu dəqiqədə Enes Dastan fərqi iki topa endirib. Lakin 80-cı və 90+6-cı dəqiqələrdə Kərəm Aktürkoğlu iki dəfə adını taploya yazdıra bilib.
Günün digər oyunlarında heç-heçə qeydə alınıb. "Sivasspor" "Qaziantep"lə 2:2, "Konyaspor" "Antalyaspor"la 1:1 və "Fənərbağça" evdə "Samsunspor"la 1:1 hesablı bərabərliyə imza atıb. Tura yanvarın 22-də keçiriləcək "Kayserispor" - "İstanbulspor" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" 2-ci, "Trabzonspor" 37 xalla 3-cü, "Beşiktaş" isə 35 xalla dördüncü pillədə qərarlaşıb.