16 Yanvar 2024 23:50
Arterial təzyiqin azaldılması məsələsi hər zaman çox aktualdır. Çünki statistik məlumatlara əsasən, insanların yarısı hipertonikdir. Həkimlər qeyd edirlər ki, statistik rəqəmləri azaltmaq üçün alternativ üsullar mövcuddur.
Təzyiqə nəzarət etmək üçün ən yaxşı vasitə - həkimlə birgə düzgün dozada seçilmiş dərman preparatlarıdır. Lakin, “Jit zdorovo” proqramının efirində həkimlər bildiriblər ki, hipertoniyanı nəzarətdə saxlamaq üçün əlavə qeyri-adi üsullar da mövcuddur.
Ev heyvanları
Bir sıra tədqiqatlar göstərib ki, ev heyvanı – it və ya pişiyə sığal çəkəndən 10−15 dəqiqə sonra təzyiq 15 millimetr civə sütunu azalacaq. “Bu hələ son deyil, müəyyən olunub ki, hipertoniya xəstəliyinə düçar olmayan insanlarla müqayisədə ev heyvanları olan insanlarda bu xəstəliyə tutulmaq riski 62 faiz aşağıdır”, - deyə kardioloq Qerman Gandelman bildirib.
Əlavə müsbət məqamlardan it sahibləri üçün həm də gəzinti kimi amil var, yəni insan sağlamlığının qorunması üçün gündə 30-40 dəqiqə mütləq gəzintiyə sərf edəcək.
Musiqi və rəqslər
Təzyiqi azaltmaq üçün daha bir üsul klassik musiqinin dinlənməsi və rəqslərdir. “Müntəzəm olaraq sakitləşdirən klassik musiqini dinləyən insanda arterial təzyiq orta hesabla 9 millimetr civə sütunu azalır”, — deyə Gandelman izah edib.
Yelena Malışeva əlavə edib ki, həmin vaxt sidikqovucu effektə malik sevimli yaşıl çay içmək, ev heyvanını sığallamaq və s. olar.
Müntəzəm olaraq rəqs edən insanlarda təzyiq daha 5−6 millimetr civə sütunu azalır, deyə kardioloq əlavə edib. “Musiqi beyinə təsir göstərir və onun ritmlərini dəyişdirir”, - deyə Malışeva vurğulayıb. Nəticədə simpatik sinir sisteminin tonusu azalır, damarlar genişlənir, nəbz daha zəif olur. “Klassik musiqi evlərdə səsləndirilməlidir, çünki biz gün ərzində müəyyən gərginlik yaşayırıq. Fasilələr lazımdır: oturub musiqi dinləmək, televizoru söndürmək, musiqi dinləyərək rəqs etmək”, — deyə Malışeva qeyd edib. Musiqi, rəqs və ev heyvanları ümumilikdə təzyiqi 29 millimetr civə sütunu azaldır.
Kitablar
Kitablar da faydalı təsirə malikdir. “Birisi ilə söhbət edən insanla müqayisədə kitab oxuyan insanda təzyiq təxminən 15 millimetr civə sütunu daha aşağıdır. Çünki siz rahatlaşırsınız, damarlar genişlənir, damarlar genişdirsə, təzyiq də daha aşağı olur”, - deyə Gandelman qeyd edib.
Əlbəttə ki, bu, həblərin alternativ üsullarla əvəzlənməsinə dair tövsiyə deyil. Həblər təyin olunubsa, onlar mütləq qəbul edilməlidir. Lakin bu yalnız təzyiqə nəzarət etmək imkanı verəcək əlavə üsullardır.