12 Yanvar 2024 11:19
Çinin "Şanxay Şenxua" klubu "Qarabağ"ın futbolçusu Leandro Andrade üçün üçüncü dəfə rəsmi müraciət edəcək.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Superliqa təmsilçisinin sonuncu təklifi 2 milyon avro ola bilər.
Çin təmsilçisi daha əvvəl iki dəfə müraciət etsə də, rədd cavabı alıb. Klub Kabo Verdedən olan 24 yaşlı yarımmüdafiəçini nəyin bahasına olur-olsun, transfer etmək istəyir.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında məsələyə münasibət bildirib: "Belə təkliflər çoxdur. Bunların olması da normaldır. Yaxşı futbolçu qazanmaq istəyirlər".
Klub rəsmisi "yaxşı təklif müqabilində Andradenin satılma ehtimalı varmı" sualını da cavablandırıb: "Bizdən asılı olan və olmayan durumlar var".
Qeyd edək ki, Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb.