9 Yanvar 2024 21:15
“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.
Belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl ikinci məşqi buraxıb.
Qeyd edək ki, Kabo-Verde yığması sabah Tunislə yoldaşlıq oyunu keçirəcək. Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana yığması olacaq.