29 Yanvar 2024 16:23
Böyük Qayıdış proqramı çərçivəsində indiyədək azad edilmiş ərazilərə 5268 nəfər (1333 ailə) məcburi köçkün doğma yurduna qovuşub.
Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, Füzuli şəhərinə 527 ailə (1969 nəfər), Laçın şəhərinə 408 ailə (1555 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Tərtər rayonunun Talış kəndinə 20 ailə ( 90 nəfər), Zabux kəndinə 203 ailə (783 nəfər) köçürülüb.
Komitədən onu da qeyd etdilər ki, 2024-cü ildə Şuşa, Xocalı, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl şəhərlərinə, Laçın rayonun Sus kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Malıbəyli kəndinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub.
Gülbəniz Hüseynli / Metbuat.az