METBUAT.AZ

Gündəm

Qaxda silah-sursat

17 Yanvar 2024 12:15

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.
Keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Qax rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 3 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.


metbuat.az.