METBUAT.AZ

İdman

"Qəbələ" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı

23 Yanvar 2024 11:46

Bu gün Premyer Liqada 19-cu tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, sonuncu - 3-cü oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Sumqayıt" "Qəbələ"nin qonağı olacaq. Oyun saat 16:30-da başlayacaq.

Turun son görüşündə isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu oyun isə saat 19:00-da start götürəcək.

23 yanvar (çərşənbə axşamı)

16:30. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov

Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” – “Araz-Naxçıvan”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu


metbuat.az.