17 Yanvar 2024 16:32
Azərbaycanda boşananların sayında artım, evlənənlərin sayında azalma qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Boşanmaların sayi niyə artıb?
Mövzu ilə bağlı Metbuat.az-a danışan Psixoloq Taciyə Mehdisoy hesab edir ki, boşanmaların artması, evliliklərin azalması səbəbləri biri biri ilə vəhdətdədir.
"Belə ki, hər evli cütlüyün yaşadığı ailə problemləri özündən sonra yetişən gənclik üçün bir nümunə rolunu oynayır. Haqlı və ya haqsız səbəbdən boşanmalar gənc nəslin gözünü qorxudur. Amma təkcə bu deyil təbii ki. Gənclər indi azadlığa, tabe olmamağa, ailə tərkibində ortaq yaşamamağa, sosial şəbəkə və filmlərdə göstərilən dəbdəbəli həyata daha çox meyllidirlər. Bunları əldə edə bilməyəndə qarşı tərəflə konfliktləri artır, münasibət korlanır, müzakirə mədəniyyəti aşağı olduğu üçün danışıqlar mübahisəyə, davaya, ayrılığa gətirib çıxarır.Əksər insanın fikir vermədiyi, nəzərə almağı ağlına belə gətirmədiyi məqamlardan biri ailə üzvlərinin qərəzlidir".
Psixoloq qeyd edib ki, qərəzki şəxs heç vaxt hadisələr obyektiv yanaşa bilməz. Əgər hər hansısa bir qadın həyat yoldaşına "Niyə çörək almağı unutdun, nə yeyəcəyik?" - sualını versə, bu mübahisəyə səbəb olsa. Demək ki tərəflərin birində və ya hər ikisində qərəz var. Qadın həmin vaxt həqiqətən çörək alınmadığı üçün narahatdır. Amma kişi cavabında "Bu evin çörəyin hər gün kim alır? Deməli mən hec vaxt çörək almıram?" - kimi reaksiya verirsə, deməli söhbətə qərəzlə yanaşır.
Psixoloqun fikrincə, qərəz bütün münasibətlərdə dağıdıcı rola malikdir.
"İqtisadi və sosial səbəblər də boşanmaya və evlənməməyə əsas kimi götürülür. Amma bunlar yene də aysberqin görünən tərəfidir. Yetiskin insan özünü ehtiyaclarını, potensialını tanımalı ona uygun davranmalıdır. Özünüz iqtisadı azadlığı, saglam fikir yürütmə, qərar qəbul etmə bacarığı varsa ailəyə də sağlam töhvə verəcək. Basqasinin həyatında bas verən neqativ hallar onu icitməyəcək. Filmlərdə, sosial şəbəkələrdə göz oxşayan mənzərələri görüb həyatında israrla istəyib bunun üçün heç nə etməyən şəxs, qarşı tərəfdən gözləntisini kəsmədikcə münasibətlər korlanacaq".
Taciyə Mehdisoy onu da əlavə edib ki, gəncliyin bir qismi hal hazırda səthi düşüncəyə malikdir.
"Ailə, onun dəyərləri şəxsi dəyərləri ilə üst üstə düşmür deyə məsuliyyət hiss etmirlər Ailə tək sevgi deyil, eyni zamanda seçkidir. Seçmək üçün sağlam düşünməyi bacarmaq şərtdir. İnsan özünü tanıyıb ona uyğun seçim etməlidir. Hər işdə olduğu kimi burada da şəxsi mütəxəssisdən dəstək almaq faydalıdır .Əvvəllər də sadaladığımız problemlər olurdu, sadəcə axının əksinə çıxılmır, qadınlar azad olmadığı, iqtisadi asılılığı olduğu üçün ayrılıq barədə düşünsələr də qərar verə bilmirdilər".