METBUAT.AZ

Dünya

Qəzzada ölənlərin sayı

15 Yanvar 2024 13:32

Qəzza zolağında ölənlərin sayı 24 100 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumata görə, yaralananların sayı 60 834 nəfərdir.

Səhiyyə qurumu bildirib ki, İsrailin hücumları zamanı son 24 saat ərzində 132 fələstinli ölüb, 252 nəfər yaralanıb.


metbuat.az.