16 Yanvar 2024 15:45
Son vaxtlar sürətlə yayılan qızılca, virusu xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır.
Bəs bu virusdan özümüzü və ovladlarımızı necə qoruyaq?
Mövzu ilə bağlı Metbuat.az-a danısan Adil Qeybulla bildirib ki, qızılça xəstəliyinin bu gün dünyada yayılması təkcə vaksinasiya olunmamağa bağlı deyil. Virus RNT daşıyıcı virus olduğuna görə , xassə dəyişə bilir və o xassədə müəyyən qədər dəyişdiyindikdə həmən bu yoluxma intensivliyinin artması müşahidə edilir.
Vaksinasiyanın vacibliyinidə vurğulayan həkim qeyd edib ki yoluxan şəxslər arasında xəstəlik yüngül keçir və ölüm halları olmur. Yəni vaksinasiya istənilən halda immuniteti möhkəmləndirir. Xəstəliyi keçirən adamlar isə ümumi immunititet qazanırlar.
"Ona görə də biz uşaqları qorumaq üçün vaksinasiyanı mütləq etməliyik. Bir şeyi nəzərə almalıyıq ki, vaksin olunmayan uşaq nəinki özü üçün hətta ətraf üçün də təhlükəlidir." deyə Adil Qeybulla əlavə edib.
"Hesab edirəm ki epidomoloji vəziyyət artıq bütün dünyada narahat xarakter almalıdır. Covid 19 pandemiyasından sonra insanların immun sistemində də təlatümlər var. Bu nəzərə alınmalıdır. Bütün bunlar göstərir ki, milli peyvənd təqviminə ciddi əməl etməliyik, gigiyena qaydalarına riayət etməliyik ki,, bu cür xəstəliklərin qarşısı vaxtında alına bilsin."