METBUAT.AZ

Ölkə

Qızılcadan vəfat edən 21 yaşlı Sevil -

4 Yanvar 2024 20:16

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

Metbuat.az xəbər verir ki, rayonun Sabirabad kənd sakini 2002-ci il təvəllüdlü Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.


metbuat.az.