METBUAT.AZ

Hadisə

Qobuda hərbi sursat aşkarlandı -

27 Yanvar 2024 11:47

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


metbuat.az.