METBUAT.AZ

Ölkə

Raulun qardaşı danışdı: Qatili bağışlamaq... - VİDEO

24 Yanvar 2024 20:48

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, Raulun qardaşı hadisə barədə baku.tv-yə danışıb. O qatili bağışlamayacaqlarını ifadə edib.

"Kamera görüntülərinə baxdım. Pilləkənləri qalxanda Fərid qardaşım Raula çiyni ilə vurur. Raul çevrilib ona baxır, o, da qardaşıma. Daha sonra ətraflarına çoxlu adam yığılır. Biri qardaşımı tutur, o da bıçaqla vurur. Öz ailəm adından danışıram ki, ömür boyu şikayətimizi geri çəkmərik. Özümüzə ancaq onun cəza çəkməsi ilə təsəlli tapa bilərik" deyə o qeyd edib.



metbuat.az.