23 Yanvar 2024 23:24
“Barselona” prezidenti Xuan Laport diqqətçəkən açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, o hakimlərin “Real Madrid”ə dəstək olduğunu irəli sürüblər. Laportanın iddiasına görə, “Real Madrid” hakimlər sayəsində bir sıra xallar qazanıb.
““Real Madrid” hakimlər sayəsində bir sıra xallar qazandı. Rəqabət dəyişdi. Bu hal təkcə bu bazar günü deyil. Rəqibimiz hakimlikdən yararlanıb. “Real Madrid” TV-nin hakimlərə təzyiqi? Mən RFEF prezidenti ilə danışdım və onlar mənə bu məsələ ilə bağlı tədbir görməyi planlaşdırdıqlarını söylədilər” - Xuan Laporta deyib.