METBUAT.AZ

İdman

"Real" Mbappenin transferi üçün yeni plan qurdu

3 Yanvar 2024 18:45

“Real Madrid” rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappenin Los Blankos düşərgəsinə transferini həyata keçirmək üçün yeni plan hazırlayıb.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, hazırlanmış strategiyanın təfərrüatları açıqlanmasa da, Madrid komandasının tezliklə planın bəndlərini həyata keçirməyə başlayacağı qeyd olunur.

Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 22 matçda iştirak edib, burada 21 qol vurub və 2 məhsuldar ötürmə verib. Oktyabrın sonunda Mbappe "Qızıl top" üçün səsvermədə müvafiq olaraq ingilis "Mançester Siti"dən Erlinq Haalada və "İnter Mayami"dən Lionel Messiyə uduzaraq üçüncü olub.


metbuat.az.