9 Yanvar 2024 09:56
Türkiyə Superkuboku uğrunda baş tutacaq “Qalatasaray” - “Fənərbağça” oyunu Azərbaycanda keçirilə bilər. Bununla bağlı Azərbaycan Türkiyəyə rəsmi təklif göndərib.
Metbuat.az bildirir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb. Məlumata görə, Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.
Qeyd edək ki, 2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınmışdı.