31 Yanvar 2024 15:25
“Xəstə yalnız müayinə olunduqdan sonra revmatizmaya dair analizlər verilə bilər”.
Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Nazirliyin canlı yayımında deyib. Həkim xüsusilə qeyd edib ki, revmatik analizlər yalnız həkimin qərarından sonra edilməlidir.
“Bədəndə ağrı varsa bu əssasız deyil. Bu ağrı davam edirsə çox gecikmədən həkimə müraciət etmək lazımdır. Məsləhətimiz budur ki, pasiyentlər bu kimi məsələlərdə qeyri-ciddi davranıb xəstəli ağırlaşdırmasınlar”.
Gülbəniz Hüseynli / Metbuat.az