METBUAT.AZ

Dünya

Rusiyada internetin verilməsi dayandı

30 Yanvar 2024 22:27

Rusiyaya məxsus internet resurslarına girişdə problemlər yaşanıb.

Metbuat.az xəbər verir ki, populyar saytlar, o cümlədən “Yandex” və “Vkontakte” hazırda açılmır. Məlumata görə, bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda “.ru” domeni ilə olan bir çox saytlara giriş bağlanıb. Bildirilir ki, internetlə bağlı yaranmış texniki problem Qlobal DNSSEC (Məlumatların bütövlüyünü və etibarlılığını təmin edən DNS protokoluna əlavələr toplusu) infrastrukturu ilə əlaqəlidir.


metbuat.az.