METBUAT.AZ

Gündəm

Rusiyada olan Azərbaycan vətəndaşlarının səs verəcəkləri məntəqələr açıqlandı -

31 Yanvar 2024 09:47

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Rusiya Federasiyasındakı Səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş Konsulluqlarda seçki məntəqələri açılacaq.

Metbuat.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.

Seçki məntəqələrinin ünvanları:

Moskva şəhəri, Voznesenski prospekti, 15;

Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, 27;

Yekaterinburq şəhəri, Karl Liebknecht küçəsi, 5;

Məlumat üçün bildirək ki, səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkiləri dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da kənarda qalma bülletenləri gətirmələri xahiş olunur.


metbuat.az.