22 Yanvar 2024 14:02
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev müalicə üçün Türkiyəyə aparıldığı deyilirdi.
Metbuat.az “Bakupost”a istinadən xəbər verir ki, Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.
Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.
Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.