METBUAT.AZ

Hadisə

Sabunçuda mağazada yanğın olub

23 Yanvar 2024 14:35

Bakı şəhərinin Sabunçu rayonunda mağazada yanğın olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 330 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində sahəsi 30 m² olan otaqda 1 ədəd kondisioner, rəf və stol yanıb. Otağın qalan hissəsi və bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


metbuat.az.