METBUAT.AZ

Ölkə

Şaxtalı hava nə vaxtadək davam edəcək?

24 Yanvar 2024 17:30

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Belə ki, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zəngəzurda, Naxçıvan Muxtar Respublikasında, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək isti, Naxçıvan Muxtar Respublikasında 2-6° şaxta, Aran rayonlarında 1° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda 6°, yüksək dağlıq ərazilərdə isə 10°-dək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti yanvarın 25-i gecə və səhər saatlarınadək davam edəcək.

Bəzi yolların buz bağlayacağı ehtimalı var.


metbuat.az.