METBUAT.AZ

Ölkə

Səbuhi Məmmədli "Yeni Klinika"ya köçürüldü

12 Yanvar 2024 13:40

Tanınmış jurnalist Səbuhi Məmmədli "Yeni Klinika"ya köçürülüb.

Bu barədə Metbuat.az-a TƏBİB-dən məlumat verilib.

Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında vəziyyəti pisləşən jurnalist Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilirdi.


metbuat.az.