4 Yanvar 2024 09:02
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması üçün ayrılan müddət bitib.
Metbuat.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları Səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılmasını təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 3-dək olan dövrü əhatə edib.
Qeyd edək ki, 7 fevralda növbədənkənar prezident seçkiləri keçiriləcək.