METBUAT.AZ

Siyasət

Səfirlikdən Almaniyadakı Azərbaycan vətəndaşlarına

23 Yanvar 2024 15:47

Azərbaycan səfirliyi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Almaniyadakı vətəndaşlarımıza müraciət edib.

Metbuat.az xəbər verir ki, müraciətdə Almaniyada daimi və müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yașı tamam olmuş Azərbaycan vətəndaşlarının Berlin şəhəri Klingelhöferstraße 20, 10785 ünvanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 42 saylı məntəqədə səs verə biləcəkləri bəyan edilib.

Qeyd olunub ki, səsvermə saat 08:00-da başlayıb və 19:00-da bașa çatacaq.


metbuat.az.