METBUAT.AZ

Ölkə

Sərhədlər müəyyənləşməsə belə, sərhəddə strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır

24 Yanvar 2024 12:59

“Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub”.

Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

O xatırladıb ki, ötən il iyul və noyabr aylarında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların görüşü keçirilib.

Mözvu ilə bağlı Metbuat.az-a danışan Politoloq Elxan Şahinoğlu bildirib ki, hər iki ölkələrin sərhəd komissiyaları formalaşıb.

“Mütəmadi görüşlər keçirməkdə zərurət var və bu görüşlər bir neçə dəfə həyata keçirilib. Bu demək deyil ki, bu görüşlərdən sonra ciddi bir nəticə çıxacaq. Amma prosesin davam etməsi, müzakirələrin aparılması məncə faydalıdır ki, gərginlik olmasın.

Ekspert vurğulayıb ki, daha öncə sülh sazişi imzalanmalıdır.

“Sərhədlərlə bağlı danışıqlar uzun illər aparıla bilər. Gürcüstan örnəyi var. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, buna rəğmən Gürcüstanla sərhədin sadəcə 70 faizi müəyyənləşdirilib. Amma bu həm də ona şərait yaradırki, biz Gürcüstanla əməkdaşlıq edək. yəni əsas sülh sazişidir. Sülh sazişi imzalanmalıdır. Amma sərhəd danışıqları, komnikasiya xəttlərinin açılması bu yəqinki, uzun müddət davam edəcək . Bu məsələ Azərbaycan üçün böyük problem yaratmır. Çünki, sərhədlər müəyyənləşməsə belə, sərhəddə strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır”.

Seyranə Quliyeva / Metbuat.az





metbuat.az.