16 Yanvar 2024 15:29
İran İslam İnqilab Keşikçiləri Korpusu Suriyanın İdlib və İraqın Ərbil şəhərlərinə atılan ballistik raketlərin sayının 24 olduğunu açıqlayıb.
Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı İran İnqilab Keşikçiləri Korpusundan yazılı açıqlama verilib. Açıqlamada Suriyanın İdlib şəhərinə Xuzistandan 4 orta mənzilli raketinin atıldığı bildirilib. İraqın Ərbil şəhərinə isə Kirmanşah şəhərindən 4, Şərqi Azərbaycandan isə 7 ballistik raketin atıldığı qeyd edilib. Açıqlamada Suriyanın müxtəlif bölgələrinə 9 raketin atıldığı bildirilib.
İran İslam İnqilab Keşikçiləri Korpusunun açıqlamasında anti-İran terror qruplaşmalarının və casusların qərargahlarının ballistik raketlərlə vurulduğu bildirilib. Açıqlamada deyilir ki, İranın düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casus və terrorçuların qərargahı İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raketləri ilə hədəfə alınaraq məhv edilib. Bəyanatda Mossadın İraqdakı casus qərargahının da vurulduğu bildirilib.