METBUAT.AZ

Sosial

“Shokki Mokki” “Məktəbim” şagirdləri üçün Yeni il tədbiri təşkil edib

3 Yanvar 2024 16:01

“Azersun Holding”in ilk uşaq brendi olan “Shokki Mokki” Gəncə şəhərində yerləşən 4 “Məktəbim” məktəbəqədər təhsil ocağının şagirdləri üçün Yeni il tədbiri təşkil edib. Şənlikdə 100-dən çox uşaq üçün əyləncəli şou proqram, boyama masterklasları və maraqlı səhnəciklər qurulub.

Tədbirə müxtəlif dövlət qurumlarının və təşkilatların rəsmi nümayəndələri qonaq qismində qatılaraq uşaqların sevincini bölüşüblər.

Qeyd edək ki, milli markamız “Shokki Mokki”“Xoşbəxt gələcəklər” şüarı altında UAFA təşkilatı ilə bərabər yola çıxaraq, Azərbaycanın fərqli bölgələrində artıq 70 “Məktəbim” təhsil müəssisəsinin fəaliyyətə başlamasına dəstək verib. Layihə çərçivəsində 70-dən çox qadın sahibkarın şəxsi biznes qurmağa və 100-lərlə azyaşlının məktəbəqədər təhsilə çıxışına şərait yaradıb. Layihənin məqsədi bölgələrdə keyfiyyətli təhsil ilə yanaşı, xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün də individual tədris imkanları yaratmaqdır.


metbuat.az.