METBUAT.AZ

Gündəm

SIğınacaq

24 Yanvar 2024 15:03

Xəbər verdiyimiz kimi, Bakıda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilmiş 2007-ci il təvəllüdlü Arəstə Məmmədova itkin düşüb.

Metbuat.az bununla bağlı birliyin sədri Mehriban Zeynalova ilə əlaqə saxlayıb.

"Ailədə valideynləri ilə yola getmirdi. Çətin tərbiyə olunan uşaqdır. Aqressiyası və psixoloji gərginliyi var. 18 yaşına az qalıb. Xaraktercə heç kimə tabe olmaq istəməyən qızdır, istəyir heç kim ona söz deməsin. Sığınacağın da öz qaydaları var. 3 gün qaldı, istəmir kimsə ona bir tapşırıq versin. Psixoloq onun üçün rəy vermişdi ki, şəxsiyyət dəyişkənliyi var".


metbuat.az.