METBUAT.AZ

Dünya

Şimali Koreya 200-ə yaxın mərmi atdı

5 Yanvar 2024 11:25

Şimali Koreyanın sahil artilleriyası Cənubi Koreyanın Sarı dənizdə yerləşən adalarına doğru 200-dən çox mərmi atıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, cənubi koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur.


metbuat.az.