23 Yanvar 2024 16:31
Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də baş verən partlayış zamanı xəsarət alan üç nəfərdən biri evə buraxılıb. Bu barədə Metbuat.az-a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan Məhəmməd İmanov səhhəti normal olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan digər iki şəxs-Elçin Babayev və İsmayıl Muradovun müalicəsi stasionar şəraitdə davam etdirilir. Məlumata görə. yaralıların vəziyyəti kafidir.
Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Şirvan Araz Zavodu” MMC-də baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
Seyranə Quliyeva/metbuat.az