23 Yanvar 2024 15:52
Şirvan şəhərində zavodda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərin şəxsiyyəti məlum olub.
Metbuat.az-ın məlumatına görə, xəsarət alan şəxslər Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Elçin Babayev “sol əlin kəsilmiş yarası”, 2001-ci il təvəllüdlü İsmayıl Muradov “alın kəsiyinin çapıq yarası”, 1999-cu il təvəllüdlü Məhəmməd İmanov isə “qulaqda küy” diaqnozu ilə xəstəxanaya qəbul ediliblər. Yaralıların vəziyyəti kafi qiymətləndirilir.
Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda qəfil partlayış olub.
Metbuat.az