METBUAT.AZ

Hadisə

Sumqayıtda törədilən qətllə bağlı

10 Yanvar 2024 14:59

Yanvarın 10-u saat 02 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Metbuat.az bildirir ki, aparılan araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


metbuat.az.