METBUAT.AZ

Siyasət

"Şuşanın azad olunmasından sonra Əliyevə ilk zəng edən şəxs o olub"

11 Yanvar 2024 12:28

Prezident İlham Əliyevin yerli mediaya müsahibəsi Türkiyə mətbuatının da diqqətində olub.

Metbuat.az xəbər verir ki, Türkiyə saytları Prezidentin açıqlamalarını dərc ediblər. Prezident İlham Əliyev bu gün ölkəmiz qarşısında əgər hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, zəng edəcəyi insanın, əlbəttə, ilk növbədə, qardaş Rəcəb Tayyib Ərdoğan olacağını, onu məlumatlandıracağını bildirib. Anadolu agentliyi Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsi zamanı ən çox türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışması və Şuşanın azad edilməsindən sonra onu ilk təbrik edənin Ərdoğan olması barədə açıqlamalarına diqqət çəkib:

“İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.


metbuat.az.