22 Yanvar 2024 14:37
Ülkər Qasımova Xəzər Media Mərkəzindən ayrılıb.
Metbuat.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib.
“Xəzər Media Mərkəzindəki fəaliyyətimə fasilə vermək qərarına gəldim. Fəaliyyətim dòvründə mənim Xəzər-ə, Xəzər-in sə mənə xeyir verdiyinə əminəm. Müzakirələrin fonunda olunan müqayisələr görülən işlərin, münasibətlərin çəkisini göstərir. Yəni, müqayisələr insanın fəaliyyətinin və gördüyü işlərin tərəzisi olur. Əsas odur ki, görülən işlər, çəkilən zəhmətlər, düşünən beyinlər, yanan ürəklər izafi xərc olmasın!».
Xatırladaq ki, Ülkər Qasımova 2022-ci ilin mayında Xəzər" televiziyasının ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.
Daha əvvəl isə New24.az saytının baş redaktoru işləmişdi.