METBUAT.AZ

Şou-Biznes

Tanınmış sənətçi illər sonra üzə çıxdı - "Elə bilirlər rəhmətə getmişəm" -

19 Yanvar 2024 20:18

Bir vaxtlar "Sev" mahnısı ilə məşhur olan müğənni Şeyla illər sonra efirə çıxıb.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, o, İTV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramına video zənglə bağlanıb. Şeyla Amerikada yaşadığını "Amazon"da çalışdığını deyib. O, iki övladı olduğunu söyləyib.

"15 ildir Azərbaycandan köçmüşəm. Elə bilirlər mən rəhmətə getmişəm. Məqsədim məşhurluq olmayıb. 20 yaşım var idi, özümü ifadə etmək istəyəndə mahnı yazdım. Münbit şərait yaradılsaydı, davam edərdim. Ona görə də musiqidən uzaqlaşıb, başqa sənətlə məşğul oldum" deyə, Şeyla bildirib.


metbuat.az.