METBUAT.AZ

Hadisə

Təbiətə 61 min manatlıq ziyan vurulmasına görə

11 Yanvar 2024 13:00

Baş Prokurorluq ekoloji hüquqpozmalara qarşı mübarizəni davam etdirir.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsasında üzrə araşdırma aparılıb.

Araşdırmalar zamanı Bakı şəhəri, Nəsimi rayonunun Xan Şuşinski küçəsi və Azadlıq prospektinin kəsişməsində, Nizami rayonunun Keşlə qəsəbəsində meşə fonduna daxil olmayan, Qusar, Gədəbəy və Tovuz rayonu ərazisində isə meşə fonduna daxil olan, ümumilikdə 281 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 61 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3, 259.2.4 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.


metbuat.az.